...

Azərbaycanda bu il təhsil xərcləri 60 milyon manatdan çox artırılacaq

Cəmiyyət Materials 24 May 2011 12:37 (UTC +04:00)
Azərbaycanda 2011-ci il dövlət büdcəsindən təhsil xərcləri üçün ayrılan vəsait 61,3 milyon manat (4,6%) artırılaraq 1,4 milyard manata çatdırılacaq.
Azərbaycanda bu il təhsil xərcləri 60 milyon manatdan çox artırılacaq

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 2011-ci il dövlət büdcəsindən təhsil xərcləri üçün ayrılan vəsait 61,3 milyon manat (4,6%) artırılaraq 1,4 milyard manata çatdırılacaq. Trend-in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur.

Dəyişikliklərdən ibarət qanun layihəsində qeyd olunur ki, 2011-ci ildə təhsil sahəsində əməkhaqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 58 milyon manat, mühafizə, kommunal, kommunikasiya və digər xidmətlər üzrə yeni tariflərin tətbiqi ilə bağlı xərclər 3,3 milyon manat, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı xərclər isə 7,6 milyon manatadək artırılacaq.

Qanun layihəsi mayın 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti