...

"FINCA Azerbaijan"a "FINCA International"ın Platinium Ağacı təqdim olunub

Cəmiyyət Materials 24 May 2011 15:27 (UTC +04:00)
Mayın 13-də "FINCA Azerbaijan"a "FINCA International"ın Platinium Ağacı (Platinium Tree) təqdim olunub. Bu ağac 100,000-dən çox müştəriyə sahib FINCA təşkilatlarına verilir ki, "FINCA Azerbaijan" 21 ölkə arasında bu ağacı alan 3-cü təşkilatdır.
"FINCA Azerbaijan"a "FINCA International"ın Platinium Ağacı təqdim olunub

Azərbaycan, Bakı, 24 may /Trend/

Mayın 13-də "FINCA Azerbaijan"a "FINCA International"ın Platinium Ağacı (Platinium Tree) təqdim olunub. Bu ağac 100,000-dən çox müştəriyə sahib FINCA təşkilatlarına verilir ki, "FINCA Azerbaijan" 21 ölkə arasında bu ağacı alan 3-cü təşkilatdır.

Bundan əvvəl bu ağacı almağa "FINCA Mexico" və "FINCA Kyrgyzstan" nail olmuşdu. Hazırda "FINCA Azerbaijan" müştəri sayına görə bu ölkələrdən sonra 3-ü yeri tutsa da, kredit portfelinə görə 21 ölkə arasında birincidir.

FINCA Azerbaijan 100,000-ci müştəriyə fevral ayında kredit vermişdi. Hazırda isə aktiv müştərilərin sayı 110,000-i keçib, kredit portfeli isə 94 milyon dollardan çoxdur.

Xəbər lenti

Xəbər lenti