Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.İsmayilov/
Dövlət müəssisələrində çalışanlar üçün yuxarı yaş həddi kimi 65 yaşın müəyyənləşdirilməsi ilə bağlı "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyin tətbiqi zamanı bəzi alimlər üçün istisnalar mümkündür. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib.
O, bu məsələyə fərdi yanaşmağın lazım olduğunu deyib.
"Bu gün elə alimlər var ki, onlar 70, 80 yaşında da bir çox cavanlardan yaxşı çalışırlar. Buna görə də burada yəqin ki, müəyyən istisnalar olacaq, çünki bu, elm sahəsidir. Burada yaş məhdudiyyəti olmamalıdır. Bununla belə, artıq öz elmi potensialını itirmiş alimlərlə vidalaşmaq üçün bu, yaxşı səbəb olacaq", - Kərimov deyib.
"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyə görə, dövlət qulluqçuları üçün yuxarı yaş həddi 65 yaş göstərilib.
Azərbaycanda bəzi alimlər üçün yaş həddi ilə bağlı istisnalar ola bilər - AMEA prezidenti
Dövlət müəssisələrində çalışanlar üçün yuxarı yaş həddi kimi 65 yaşın müəyyənləşdirilməsi ilə bağlı "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyin tətbiqi zamanı bəzi alimlər üçün istisnalar mümkündür.