...

Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi

Cəmiyyət Materials 14 İyun 2011 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mahmut Özgener istefa verib. Trend-in məlumatına görə, o, iyunun 14-də keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb.

Özgener iyunun 29-da növbədənkənar konfransda yenidən namizədliyini irəli sürməyəcəyini bildirib. "İstefa verməyimin səbəbi yaşadığım yerlə iş yerim arasındakı uzaq məsafə və futbolda hegemonluq edərək, pərdə arxasından idarə etməyə çalışan zəif xarakterli insanlardır. Bəziləri bu hərəkətimi geri çəkilmək kimi anlaya bilər, amma mən irəli atılmış addım kimi dəyərləndirirəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti