...

Azərbaycan jurnalistlərinin Şimali Kiprdən olan həmkarları ilə əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var - Əflatun Amaşov (FOTO)

Cəmiyyət Materials 8 İyul 2011 14:10 (UTC +04:00)
Azərbaycan jurnalistlərinin Şimali Kiprdən olan həmkarları ilə qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var.
Azərbaycan jurnalistlərinin Şimali Kiprdən olan həmkarları ilə əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var - Əflatun Amaşov (FOTO)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan jurnalistlərinin Şimali Kiprdən olan həmkarları ilə qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsinə ehtiyac var. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şimali Kipr Türk Respublikasının (SKTR) Cümhuriyyət Məclisinin mətbuat katibi Gökhan Gülərlə keçirdiyi görüşdə deyib.

Amaşov Azərbaycan mediasının mövcud vəziyyəti barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açan Amaşov, Şuranın beynəlxalq əlaqələrə daim böyük önəm verdiyini və bu münasibətlərdə Türkiyə, Şimali Kipr amilinin hər zaman böyük önəm daşıdığını vurğulayıb.

Gülər Cümhuriyyət Məclisinin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətindən söhbət açıb. ŞKTR-də fəaliyyət göstərən media qurumlarını səciyyələndirən cəhətlərdən bəhs edən qonaq diqqəti Azərbaycan və Şimali Kipr jurnalistləri arasında yaradıcılıq mübadilələrinin aparılmasının vacibliyinə və bu prosesin gücləndirilməsinin zəruriliyinə yönəldib.

Görüşdə əməkdaşlığın möhkəmləndirilməsinin yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti