...

Azərbaycan telekanallarında ədəbi dilin işlənmə vəziyyəti müzakirə olunacaq

Cəmiyyət Materials 9 İyul 2011 12:34 (UTC +04:00)
Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarında Azərbaycan ədəbi dilinin işlənmə vəziyyəti ilə bağlı apardığı yoxlamaların nəticələrini yaxın günlərdə müzakirəyə çıxaracaq.
Azərbaycan telekanallarında ədəbi dilin işlənmə vəziyyəti müzakirə olunacaq

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarında Azərbaycan ədəbi dilinin işlənmə vəziyyəti ilə bağlı apardığı yoxlamaların nəticələrini yaxın günlərdə müzakirəyə çıxaracaq. Bu barədə Trend-ə şənbə günü Şuradan bildiriblər.

Qurumdan bildiriblər ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə MTRŞ mütəxəssisləri tərəfindən aparılan monitorinqlər zamanı ciddi pozuntular aşkarlanmasa da, "Dövlət dili haqqında" qanunun icrası zamanı yayımçılar tərəfindən müəyyən kiçik qüsurlara yol verilib. Bu qüsurlar ümumiləşdirilərək Şuranın iclasında müzakirə olunacaq.

Azərbaycan telekanallarında may ayından aparılan monitorinqlər xəbər proqramlarında, şou verilişlərdə və dublyajda dil normalarının qorunmasını əhatə edir. Monitorinqlərə AMEA Dilçilik İnstitutunun iki əməkdaşı da cəlb olunub.

Xəbər lenti

Xəbər lenti