...

Bakıda Milli Parkda konsert olacaq

Cəmiyyət Materials 12 İyul 2011 14:55 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti şəhər sakinləri üçün bayram konserti təşkil edir.
Bakıda Milli Parkda konsert olacaq

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər İcra Hakimiyyəti şəhər sakinləri üçün bayram konserti təşkil edir.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin ildönümü münasibətilə iyulun 14-də saat 21:00-da Milli Parkda konsert olacaq.

İcra Hakimiyyəti paytaxt sakinlərini Saat qülləsinin yanında təşkil olunacaq bayram konsertinə və atəşfəşanlığa dəvət edir.

Xəbər lenti

Xəbər lenti