...

55 illik mükəmməl təcrübəmiz indi Kiprdə

Cəmiyyət Materials 19 İyul 2011 14:58 (UTC +04:00)
Şimali Kiprdə yerləşən və Ankaradakı ODTU`nin Kipr filialı olan Orta Doğu Texniki Universiteti (Şimali Kipr ODTU) füsünkar Güzelyurt şəhərindən 6 km. və Levkoşe şəhərinin 50 km-də yerləşir. Universitet 2005-ci ildə inşa edilmişdir.
55 illik mükəmməl təcrübəmiz indi Kiprdə

Şimali Kiprdə yerləşən və Ankaradakı ODTU`nin Kipr filialı olan Orta Doğu Texniki Universiteti (Şimali Kipr ODTU) füsünkar Güzelyurt şəhərindən 6 km. və Levkoşe şəhərinin 50 km-də yerləşir. Universitet 2005-ci ildə inşa edilmişdir. Universitetin sahəsi 339 hektar ərazini əhatə edir.Hal-hazırda tələbə şəhərciyi memarlıq mükafatlarına layiq görülmüş yüksək texnoloji və müasir binalarla təchiz edilmişdir.Universitet laboratoriyalar, mədəni konfrans mərkəzi, kitabxana, ticarət mərkəzi, bank, kitab mağazası və tibb mərkəzi ilə təchiz olunub.

Şimali Kiprdə yerləşən ODTU KİV-də METU (ingiliscə) və ODTU (türkcə) kimi tanınan, dünya miqyasında şöhrət qazanmış və dünyanın 200 ən yaxşı ali məktəbləri sırasına daxil olan Türk Cümhuriyyəti Ankara şəhərində yerləşən eyni adlı universitetin tam akademik və inzibati dəstəyini alır.

ODTU-nin əsas səciyyəvi xüsusiyyəti dünya səviyyəli təhsilin yekun imtahanlarında və məktəb proqramında əla nəticələr göstərmiş gənclər üçün əlverişli olmasıdır. Bu tələbələr ödənişsiz təhsil alır. Həmçinin tələb olunan minimal göstəricilərdən yüksək nəticə göstərənlər üçün 25%-dən 50%-ə qədər endirim nəzərdə tutulur.Təhsil müddətində əla nəticələr göstərən tələbələr təqaüd alır.

Hal-hazırda universitetdə 1525 tələbə təhsil alır.Universitetdəki tələbələrin artımı ildə 400 tələbə təşkil edir. Bu 21 ölkənin nümayəndələridir. Universitetdə Azərbaycandan, Avstraliyadan, Anqoladan, Kanadadan, Qazaxstandan, Qırğızıstandan, Cənubi Koreyad an, Pakistandan, Livandan, İrandan, Ukraynadan, ABŞ-dan, Britaniyadan və digər ölkələrdən olan tələbələr təhsil alır.

Tələbələrin asudə vaxtlarının səmərəli keçməsini təmin etmək üçün maraqlara görə müxtəlif klublar, sağlamlıq fitness mərkəzi, açıq basseyn, mini qolf üçün kort, kafeteriyalar, ekstrim sevənlər üçün isə 12 metrlik süni qaya mövcuddur.

Yataqxanalar tələbə şəhərciyinin mərkəzində yerləşir. Bütün binalar yerləşdirmə və hərəkət imkanları məhdud olan tələbələrin potensiallarının həyata keçirilməsi üçün bütün lazımi şərtləri nəzərə alaraq inşa edilmişdir.

Universitet 3500-ə yaxın tələbənin yaşayış və təhsili üçün hesablanmışdır. Bakalavr dərəcəsinin 14, Magistr dərəcəsinin 2 proqramı təklif olunur. Yaxın zamanlarda akademik istiqamətlərin artımı nəzərdə tutulmuşdur. Universitetdə təhsil ingilis dilində aparılır. İngilis dilinin səviyyəsi kifayət qədər olmayan tələbələr üçün sonradan imtahan vermək şərtilə xarici dillər məktəbində təlim nəzərdə tutulmuşdur.

Bütün tələbələr daimi qarşılıqlı tələbə-müəllim münasibəti olan bir mühitdə təhsil alırlar. Dünyanın mötəbər və məqsədyönlü elmi-tədqiqat müəssisələri üçün səciyyəvi olan bir fakültə üzvünə 12:1 nisbəti bütün proqramlarda yayılmışdır.

Məzunlar imtiyazlı, beynəlxaq səviyyədə tanınmış və mötəbər ODTU-nin diplomunu almaq hüququnu qazanırlar.

Xəbər lenti

Xəbər lenti