Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda "Binə" ticarət mərkəzindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edən şəxs saxlanılıb . Trend-in məlumatına görə, bu barədə Daxili İşlər N azirliyi və Respublika Prok urorluğunun birgə yaydığı məlumatda bildirilib.
İyulun 14-də maska taxmış naməlum şəxs Qaradağ rayonu "Binə" ti carət mərkəzindəki valyutadəyişmə məntəqələrindən birində odlu silahdan açdığı atəşlə oranın işçisi Əli Əliyevi öldürüb və məntəqəyə məxsus 16 min manatı götür ərək hadisə yerindən qaçıb.
Fakt üzrə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Birgə məlumata görə, qrupun həyata keçirdiyi intensiv və məqsədyönlü tədbirlərlə bu ağır cinayəti törətmiş Lökbatan qəsəbəsində kirayədə yaşayan Arzuman Bəşirov tutulub. O, ilkin dindirmə zamanı törətdiyi qətli tam etiraf edib və cinayətin aləti olan tapançanı tanışı Zakir İbayevə verdiyini bildirib.
Xırdalan şəhərində yaşayan sonun cunun evinə baxış keçirilərkən Bəşirovun cinayətdə istifadə etdiyi "Steçkin" markalı, darağında 17 patronu olan tapança aşkarlan araq götürülüb.
İşin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıdakı valyutadəyişmə məntəqəsinə silahlı basqın edən şəxs saxlanılıb
Bakıda "Binə" qəsəbəsindəki valyutadəyişmə məntəqəsinə silahlı basqın edən şəxs saxlanılıb