...

Ermənistanın polis rəisi istefa verməyə hazırdı

Cəmiyyət Materials 1 Sentyabr 2011 15:13 (UTC +04:00)
Ermənistanın polis rəisi istefa verməyə hazırdı
Ermənistanın polis rəisi istefa verməyə hazırdı

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ermənistan Polisinin rəisi Alik Sarkisyan bugünkü məqamda istefa vermək fikrində deyil, lakin zərurət olarsa, bunu etməyə hazırdır.

Dünən Ermənistan Yol Polisinin rəisi, polkovnik Markar Oqanyan tutduğu vəzifədən azad edilib. O, bir gün əvvəl Xüsusi İstintaq Xidməti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadədə və xüsusilə iri məbləğdə əmlakın oğurlanmsında şübhəli bilinərək saxlanılıb.

"Bu anadək istefa barədə söhbət, təklif və ya işarə olmayıb. Mən öz işimi yerinə yetirirəm, öz yerimdəyəm, oxşar hal yoxdur", - Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Sarkisyan cümə axşamı hökumətin iclasından sonra jurnalistlərə deyib.

Bununla yanaşı, polis rəisi xatırladıb ki, onun istefası barədə söhbətlər bu vəzifəyə təyin edilməsindən bir neçə gün sonra (2008-ci ilin yayında) başlayıb.

Sarkisyanın fikrincə, bütün bunların arxasında ilk növbədə sistemin özündə, daha sonra isə ictimai dairələrdə lazımsız əhval-ruhiyyə yaratmağa çalışan müəyyən qüvvələr durur.

"Mən artıq bu söhbətlərə laqeyd yanaşıram, lakin arxayın olun ki, nə vaxt istefa vermək zərurəti baş qaldırsa, mən bunu edəcəyəm", - o bildirib və əlavə edib ki, polis rəisi postunda qalması məsələsini ölkə rəhbəri həll edir.

Markar Oqanyan Xüsusi İstintaq Xidmətinin icraatında olan cinayət işi çərşivəsində saxlanılıb. O, Ermənistan CM-in 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.1-ci maddəsi (mənimsəmə və ya israfçılıq) ilə ittiham olunur.

Bir qədər əvvəl Xüsusi İstintaq Xidmətindən bildirildiyi kimi, bu cinayət işinin əsas fiqurlarından biri ötən bazar saxlanılan Ermənistan Yol Polisinin 2-ci zabit alayının keçmiş komandiri, polkovnik Stepan Karaxanyandır.

İşin materiallarına görə, Karaxanyan öz vəzifə səlahiyyətlərindən istifadə edərək tabeçiliyində olan alay üçün nəzərdə tutulan 277 min litr benzinin 121 min litrindən öz məqsədləri üçün istifadə edərək fərqi mənimsəyib.

Xəbər lenti

Xəbər lenti