...

Misir Mərdanov: Azərbaycan təhsilini gözdən salmaq istəyənlər var

Cəmiyyət Materials 6 Sentyabr 2011 13:18 (UTC +04:00)
Bu gün bəziləri Azərbaycan təhsilini gözdən salmaq istəyirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Misir Mərdanov: Azərbaycan təhsilini gözdən salmaq istəyənlər var

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gün bəziləri Azərbaycan təhsilini gözdən salmaq istəyirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı təhsil naziri Misir Mərdanov deyib.

"Bu gün əl üstündə gəzməyə layiq müəllimlər var. Biz isə onlara bunun müqabilində 200 manat əməkhaqqı veririk. Əgər müəllimə 2000 manat verilərsə, görün o repititorluq edərmi? Əminəm ki, Azərbaycan təhsili 10-15 ilə çox yüksək səviyyədə olacaq", - Mərdanov əlavə edib.

Təhsil naziri Azərbaycan ali məktəblərinin dünyanın reytinq cədvəlində aşağı yer tutmasına da münasibət bildirib: "Deyirlər ki, niyə Azərbaycanın heç bir ali məktəbi dünyanın ən yaxşı 100 ali məktəbləri arasına düşmür? Moskva Dövlət Universiteti bu siyahıya düşmürsə, siz nədən danışırsınız?".

Xəbər lenti

Xəbər lenti