...

Azərbaycan sinoptikləri qeyri-sabit hava şəraiti barədə rəsmi məlumat yayıb, ilk qar yağıb

Cəmiyyət Materials 1 Oktyabr 2011 12:44 (UTC +04:00)
Azərbaycan sinoptikləri ölkə ərazisində leysan xarakterli yağışların sabah günortaya qədər davam edəcəyi barədə rəsmi məlumat yayıb.
Azərbaycan sinoptikləri qeyri-sabit hava şəraiti barədə rəsmi məlumat yayıb, ilk qar yağıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan sinoptikləri ölkə ərazisində leysan xarakterli yağışların sabah günortaya qədər davam edəcəyi barədə rəsmi məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildiriblər ki, Azərbaycanın rayonlarında oktyabrın 2-də fasilələrlə yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə leysan xarakterli güclü olacağı ehtimalı var. Gündüz saatlarında yağış tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək.

Məlumata görə, Azərbaycana ilk qar yağıb. İlk qar Quba rayonunun Xınalıq kəndinə düşüb. Qar örtüyünün qalınlığı 3 sm təşkil edib.

Sabah Bakıda və Abşeron yarımadasında oktyabrın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti