...

2006-ci ildən indiyədək Azərbaycanda əmək pensiyalarının minimum məbləği 3,4 dəfə artıb

Cəmiyyət Materials 6 Oktyabr 2011 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Hacıyev/

2006-cı il yanvarın 1-dən yeni sığorta-pensiya sisteminin tətbiqi nəticəsində indiyədək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4,6 dəfə artıb.

Dövlət Sosial Müdafiə Fondundan cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə Fond sədri Səlim Müslümov "Müstəqil Azərbaycanın sığorta-pensiya sistemi: inkişaf tarixi" mövzusunda Sumqayıt şəhərində keçirilən "dəyirmi masa"da çıxış edərkən deyib.

O bildirib ki, 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyalar tətbiq edilir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100, kəndlərdə isə 98,7 faizinin, ümumilikdə ödənişdə olan pensiyaların 99,4 faizinin pensiyalarını plastik kartlarla ödənilir. Bu göstərici üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulub, vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. Bu məqsədlə 1 milyon 930 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.

Xəbər lenti

Xəbər lenti