...

Türkiyədə PKK liderlərindən biri həbs edilib

Cəmiyyət Materials 5 Dekabr 2011 10:35 (UTC +04:00)
Kürd Fəhlə Partiyasının (PKK) liderlərindən biri bazar ertəsi səhər İstanbulda həbs edilib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı xəbər verib.
Türkiyədə PKK liderlərindən biri həbs edilib

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Kürd Fəhlə Partiyasının (PKK) liderlərindən biri bazar ertəsi səhər İstanbulda həbs edilib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı xəbər verib.

Türkiyə Baş nazirinin müavini Bülənd Arıncın sözlərinə görə, həbs edilənin adı hələlik təhlükəsizlik qaydalarına görə açıqlanmır. O bildirib ki, qruplaşmanın həbs olunan lideri çoxlu sayda vacib məlumatlara malikdir.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti