Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın təhsil naziri bildirib ki, orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları bütün illər üzrə doğrudur.
"Mən riyaziyyatçı müəllim kimi istənilən məclisdə sübut edə bilərəm ki, mərkəzləşdirilmiş test imtahanları bütün illər üzrə doğrudur. Çünki bütün metodistlər nəticələri təsdiq ediblər. İlbəil məktəbi əla qiymətlərlə bitirənlərin nəticələri doğrultması göz qabağındadır. Amma başqa adamlar nəyə ümid edirlər, bunu bilmirəm. Şəxsən mənim fikrimcə, imtahanlar Təhsil Nazirliyinin və təhsil sisteminin ümidlərini doğrultmaqdadır", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Nazir qeyd edib ki, ötən il şagirlərin 18-20 faizi attestat ala bilməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ötən həftə Trend-ə müsahibəsində deyib ki, orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları tam elmi əsaslarla keçirilsəydi, ali məktəblərə qəbul imtahanı zamanı bəzi imtahan fənləri üzrə imtahan keçirilməyə və abituriyentlərin mərkəzləşdirilmiş test imtahanında həmin fənlər üzrə əldə etdiyi nəticələr nəzərə alına bilərdi.
Onun sözlərinə görə, mərkəzləşdirilmiş test imtahanları elmi əsaslara uyğun keçirilsəydi, bu, qəbul imtahanlarının nəticələrinə çox müsbət təsir göstərərdi.
Misir Mərdanov: Orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları bütün illər üzrə doğrudur
Azərbaycanın təhsil naziri bildirib ki, orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları bütün illər üzrə doğrudur.
