...

Ombudsman Tovuzda müvəqqəti saxlama təcridxanasına baxış keçirib

Cəmiyyət Materials 14 Dekabr 2011 18:17 (UTC +04:00)
Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Tovuz rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baş çəkiblər.
Ombudsman Tovuzda müvəqqəti saxlama təcridxanasına baxış keçirib

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycan ombudsmanının İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qrupunun üzvləri Tovuz rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baş çəkib, buradakı şərait və saxlanılan şəxslərlə rəftar məsələlərini araşdırıblar.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova araşdırma zamanı aşkar edilmiş pozuntuların öz təsdiqini tapdığı halda, bu pozuntulara yol vermiş polis əməkdaşları barəsində qanun çərçivəsində tədbir görülməsi üçün daxili işlər nazirinə müraciət edib.

Xəbər lenti

Xəbər lenti