...

Azərbaycanda yaxın 3 gündə buludlu hava şəraiti davam edəcək

Cəmiyyət Materials 26 Dekabr 2011 12:14 (UTC +04:00)
Yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanda yaxın 3 gündə buludlu hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 26 dekabr / Trend müxbir İ.İsabalayeva/

Yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi , gecə və səhər bəzi yerlərdə duman olacağı, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti