...

Azərbaycanda orta təhsilin 12 illik olması təklif edilib

Cəmiyyət Materials 28 Dekabr 2011 12:56 (UTC +04:00)
Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib.
Azərbaycanda orta təhsilin 12 illik olması təklif edilib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü 2011-ci ili üzrə tələbə qəbulunun yekunlarına həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Abbaszadə bildirib ki, amma bu məsələ hələ müzakirə olunur.

Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır. Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər.

Qeyd edək ki, hazırda Azərbaycanda orta təhsilin müddəti 11, icbari təhsilin isə 9 ildir.

Abbaszadənin sözlərinə görə, Azərbaycanda 11 illik təhsilə keçmək artıq zərurətə verilib. Abbaszadə bildirib ki, orta məltəbin sonuncu siniflərində proqramlar çox mürəkkəbdir. Buna görə də uşaqlar onları tam mənimsəyə bilmirlər.

"Bizim uşaqlar 1 sinfə gələndə, bir karvan kimi 11 sinfə gəlib çatırlar. Amma 11 sinfə çatanda, məlum olur ki, onların coxu ya 5, ya da 7 sinif səviyyəsində qalır. Nəticədə uşaqların cəmi 10-12 faizi 11 illik təhsil bazasını mənimsəyir" o əlavə edib.

Xəbər lenti

Xəbər lenti