Azərbaycan, Bakı, 25 yanvar / Trend müxbir İ.İsabalayeva/
Azərbaycanda seysmik stansiyalar şəbəkəsi genişləndirilərək telemetrik seysmik stansiyaların sayı 31-ə çatdırılıb.
Trend-in çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu RSXM-in baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli 2011-ci ilin yekunlarına həsr olunan iclasda deyib.
İclasda bildirilib ki, 2011-ci ildə telemetrik seysmik stansiyalar vasitəsilə 7761 zəlzələ qeydə alınıb. Onlardan 3840-ı Azərbaycan ərazində olub. Azərbaycan ərazisində qeydə alınmış zəlzələlərdən 17-si hiss olunub.