...

Azərbaycanda polis rüşvət alarkən saxlanılıb

Cəmiyyət Materials 13 Fevral 2012 16:00 (UTC +04:00)
Sabunçu rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili rüşvət alarkən saxlanılıb.
Azərbaycanda polis rüşvət alarkən saxlanılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Sabunçu rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili rüşvət alarkən saxlanılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatında qeyd olunur ki, bu il fevralın 11-də Bakı şəhər sakini R.Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H.Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim etmiş bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib.

Nazirliyin və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Nurəddin Qəmbərov həmin vətəndaşdan 1500 ABŞ dolları alarkən saxlanılıb.

Fakta görə cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti