...

Azərbaycanda doktoranturaya yeni ixtisaslar üzrə qəbul aparılacaq

Cəmiyyət Materials 24 Aprel 2012 12:54 (UTC +04:00)
Növbəti tədris ili üçün doktoranturaya yeni ixtisaslar üzrə də qəbul aparılacaq.
Azərbaycanda doktoranturaya yeni ixtisaslar üzrə qəbul aparılacaq

Azərbaycan, Bakı, 24 aprel / Trend müxbir İ.İsabalayeva/

Növbəti tədris ili üçün doktoranturaya yeni ixtisaslar üzrə də qəbul aparılacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasınn prezidenti Mahmud Kərimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, əsas prioritet istiqamətlər fundamental elmlərdir. Növbəti tədris ili üçün doktoranturaya qəbul zamanı dəqiq elmlər üzrə daha çox plan yerlərinin ayrılmasına çalışılacaq.

Kərimov deyib ki, doktoranturaya qəbul planının hazırlanmasına yaxın vaxtlarda başlanacaq. Yeni ixtisaslar üzrə qəbulun aparılması ilə əlaqədar qəbul planının artması da mümkündür.

AMEA prezidenti qeyd edib ki, sentyabrda doktoranturaya qəbul haqqında elan açıqlanacaq. Oktyabrda isə doktoranturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti