...

Allahşükür Paşazadə Serbiyaya səfərə yola düşür

Cəmiyyət Materials 1 May 2012 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Serbiyaya səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, Paşazadə mayın 3-də Belqrad şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə təmir və bərpa edilmiş "Bayraqlı Cami" məscidinin və "Müqəddəs Petka" kilsəsinin açılış mərasimlərində iştirak edəcək.

Təntənəli açılış mərasimlərində Azərbaycan və Serbiyanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, müsəlman və xristian din xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcəklər.

Nümayəndə heyətinin tərkibində Bakı və Azərbaycan yeparxiyasının yepiskopu Aleksandr İşeyin də Belqrada səfər edəcək.

Xəbər lenti

Xəbər lenti