...

Azərbaycanda cəza çəkməkdən azad edilmiş şəxslər üçün mərkəz yaradılır

Cəmiyyət Materials 3 May 2012 09:14 (UTC +04:00)
Azərbaycanda cəza çəkməkdən azad edilmiş şəxslər üçün mərkəz yaradılır.
Azərbaycanda cəza çəkməkdən azad edilmiş şəxslər üçün mərkəz yaradılır

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəza çəkməkdən azad edilmiş şəxslər üçün mərkəz yaradılır.

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ilk dəfə olaraq Cəza çəkməkdən azad edilmiş şəxslərə dəstək Mərkəzi yaradılır.

Mərkəzin yaradılmasında məqsəd cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, penitensiar müəssisələrdə islah edilmiş məhkumların azadlığa çıxdıqdan sonra qarşılaşdıqları maneələri aşmalarında onlara yardımçı olmaqla, müəyyən dərəcədə onların yenidən cinayət əməlinə əl atmalarının qarşısını almaqdır.

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi bu layihənin icrası ilə bağlı bir sıra dövlət orqanları, xüsusilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Mərkəzin fəaliyyətinin əsas istiqaməti azadlığa çıxmış keçmiş məhkumlara təmənnasız olaraq xidmətlərin göstərilməsidir.

Mərkəzin əməkdaşları müraciət etmiş şəxslərin ehtiyac meyarlarına uyğun olaraq onlara hüquqi və ya psixoloji yardım edəcək, sosial problemlərin həll edilməsində dəstək olacaqlar.

Bu fəaliyyətlərə paralel olaraq, layihə çərçivəsində cəzaçəkmə müəssisələrinə KİV təmsilçilərinin iştirakı ilə səfərlər ediləcək, azadlığa çıxmağa hazırlaşan məhkumlarla görüşlər keçiriləcək ki, bununla da onlar mərkəzin fəaliyyətinə cəlb ediləcəklər.

Layihə çərçivəsində keçmiş məhkumlar üçün karyera quruluşu, səmərəli iş axtarma mexanizmləri və sair bu kimi mühüm mövzularda kurslar təşkili olacaq.

Birlikdən bildirilib ki, keçmiş məhkumların ən əsas problemlərindən biri məşğulluq məsələsidir. Bu kurslar bu problemlərin həllində onlara tutarlı dəstək verə biləcək.

Xəbər lenti

Xəbər lenti