Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Moezzi/
İranın "Əmir Kəbir" Texnoloji Universitetinin tədqiqatçılarının neodim-140-dan istifadə etməklə xərçəng hüceyrələrinin məhv edilməsi sahəsində keçirdikləri təcrübə uğurla başa çatıb. Bu barədə Trend bazar ertəsi ISNA-ya istinadən məlumat verir.
Universitetin atom enerjisi və fizika şöbəsinin tədqiqatçıları bildiriblər ki, neodim-140 xərçəng hüceyrələri yaxınlığında sağlam toxumaları məhv etmir və kiçik şişlərin müalicəsində istifadə edilə bilər. Araşdırmaçıların sözlərinə görə, bu ona görə baş verir ki, neodim-140-ın şüasının intensivliyi yod-125-dən azdır.
Yod-125-dən şüa terapiyasında istifadə edilir.
Təcrübə laborator şəraitdə saxlanılan siçanlar üzərində aparılıb.