...

Azərbaycanın orta məktəblərində şagirdlərə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dərindən öyrədiləcək

Cəmiyyət Materials 11 May 2012 12:18 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb.
Azərbaycanın orta məktəblərində şagirdlərə ümummilli lider Heydər Əliyevin fəaliyyəti dərindən öyrədiləcək

Azərbaycan, Bakı, 11 may / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, əmrdə hər il mayın 10-da ümumi təhsil məktəblərində ilk dərslərin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması, bütün ümumi orta və tam orta ümumtəhsil məktəblərində, lisey və gimnaziyalarda tədris ili ərzində daimi fəaliyyət göstərən "Heydər Əliyev lektoriyası"nın yaradılması, tanınmış alim və mütəxəssislərin iştirakı ilə ulu öndərin Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlər barədə irəli sürdüyü müddəaların şərhinə həsr olunmuş tədbirlərin təşkili məsələləri əksini tapıb.

Məktəb kitabxanalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin yaradılması, bu kitabların məzmunu ilə şagirdlərin tanış olmalarının təmin edilməsi, görkəmli şəxsiyyətlərin ulu öndər haqqında söylədiyi fikirlərin şagirdlərə çatdırılması, şagirdlər arasında "Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim" mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi və şagirdləri maraqlandıran digər tədbirlərin təşkili əmrdə ayrıca bəndlərlə verilib.

Əmrdə qeyd olunub ki, ümummilli liderin fəaliyyəti ilə bağlı indiyədək məlum olmayan tarixi məqamları əks etdirən qiymətli sənədli filmlər hazırlanıb. Belə filmlərin hazırlanmasında və ictimaiyyətə təqdim olunmasında görkəmli kinorejissor Vaqif Mustafayevin əməyi xüsusilə təqdirəlayiqdir. Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumi təhsil məktəblərində sistemli şəkildə nümayişi məqsədəmüvafiq hesab edildiyi üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə 1 həftə müddətinə bu işin təşkili üzrə təklif və tövsiyələr hazırlamaq barədə tapşırıq verilib.

Xəbər lenti

Xəbər lenti