...

Dövlət Yol Polisi Bakıdakı idarə və təşkilatların rəhbərlərinə "Eurovision 2012" ilə bağlı müraciət edib

Cəmiyyət Materials 11 May 2012 15:31 (UTC +04:00)
Baş Dövlət Yol Polisi İdarəsi Bakıdakı idarə və təşkilatların rəhbərlərinə "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı müraciət edib.
Dövlət Yol Polisi Bakıdakı idarə və təşkilatların rəhbərlərinə "Eurovision 2012" ilə bağlı müraciət edib

Azərbaycan, Bakı, 11 may /Trend/

Baş Dövlət Yol Polisi İdarəsi Bakıdakı idarə və təşkilatların rəhbərlərinə "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı müraciət edib.

Müraciətdə deyilir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsinin layiqincə keçirilməsinin təşkili ilə əlaqədar cari ilin may ayının 13-dən 28-dək paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Bakının mərkəzi hissəsində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərlərindən, eləcə də əməkdaşlarından onlara məxsus avtomobillərdən qeyd olunan ərazilərdə mümkün qədər az istifadə olunmasını xahiş edir.

"Ümidvarıq ki, adıçəkilən tədbirin yüksək səviyyədə keçirilməsinin ölkəmizə gətirəcəyi dividendləri qiymətləndirərək, hər bir şəxs müraciətimizə düşünülmüş yanaşmaqla üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirəcək", - Baş Dövlət Yol Polisi İdarəsinin Trend-ə daxil olmuş müraciətində deyilir.

Xəbər lenti

Xəbər lenti