...

"Eurovison-2012" paytaxtında isti hava şəraiti davam edəcək

Cəmiyyət Materials 17 May 2012 12:58 (UTC +04:00)
Sabah Azərbaycanda hava isti keçəcək.
"Eurovison-2012" paytaxtında isti hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycanda hava isti keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Müalyim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.

Mayın 18-dən 20-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti