...

Yayda Azərbaycanın bölgələrində istirahət edəcək turistlərin nəzərinə

Cəmiyyət Materials 29 May 2012 11:44 (UTC +04:00)
Bu il iyunun 15-dən Azərbaycanda yay turizm mövsümü başlayır.
Yayda Azərbaycanın bölgələrində istirahət edəcək turistlərin nəzərinə

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Bu il iyunun 15-dən Azərbaycanda yay turizm mövsümü başlayır.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov çərşənbə axşamı Trend-ə bildirib ki, yay mövsümündə insanlar daha çox dənizkənarı ərazilərə getməyə üstünlük verirlər. Bu il də insanların dincəlmək üçün daha çox Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Şəki bölgələrinə üz tutacağı gözlənilir.

Bağırov deyib ki, Azərbaycandakı turizm xidmətlərinin qiymətləri ötən ilə nisbətən artmayıb və artması da gözlənilmir.

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanın bölgələrində yüksək səviyyədə dincəlmək istəyənlər üçün 1 həftəlik istirahət 210 manata başa gələcək. Bu qiymətə hər gün səhər yeməyi də daxildir. Turistlər üçün bu qiyməti çox münasib sayan Bağırov deyib ki, Nabranda dincəlmək istəyənlər günü səhər yeməyi də daxil olmaqla, 30 manata qonaq evində yerləşə bilərlər.

Onun sözlərinə görə, bu il yay aylarında Azərbaycan turistlərinin dincəlmək üçün seçdikləri ərazilərin əhatə dairəsi genişlənəcək. Assosiasiya sədri qeyd edib ki, bu il bir neçə istiqamət üzrə yeni çarter reysləri açılıb.

"Xorvatiyaya, Krıma bribaşa çarter reysləri olacaq. Antalyaya da həm "AZAL", həm "Türk Hava Yolları"nın xətti ilə birbaşa təyyarələr uçacaq", - Bağırov əlavə edib.

Xəbər lenti

Xəbər lenti