...

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Cəmiyyət Materials 13 İyun 2012 09:54 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün növbəti buraxılış imtahanlarının keçirilməsinə başlayıb.
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün növbəti buraxılış imtahanlarının keçirilməsinə başlayıb.

Komissiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, imtahanlarda Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri iştirak edəcəklər.

Hər bir rayon üzrə saat 10:00-da XI siniflər, elə həmin gün saat 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdirəcəklər.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb.

İmtahan Gəncə şəhərində 6, Daşkəsən rayonunda 1, Göygöl rayonunda 2, Samux rayonunda 3, Naftalan rayonunda 1, Goranboy rayonunda 3, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 3, Ağstafa rayonunda 2, Qazax rayonunda 3, Tovuz rayonunda isə 5 binada keçiriləcək.

İyunun 13-də adı çəkilən rayonlar üzrə 11382 nəfər XI sinif şagirdinin (Gəncə şəhərində 2115, Daşkəsən rayonunda 242, Göygöl rayonunda 673, Samux rayonunda 656, Naftalan rayonunda 71, Goranboy rayonunda 1270, Şəmkir rayonunda 2289, Gədəbəy rayonunda 699, Ağstafa rayonunda 900, Qazax rayonunda 868, Tovuz rayonunda 1599 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

İyunun 13-də saat 15:00 da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 35 imtahan mərkəzi ayrılıb.

İmtahan Gəncə şəhərində 6, Daşkəsən rayonunda 1, Göygöl rayonunda 2 , Samux rayonunda 3, Naftalan rayonunda 1, Goranboy rayonunda 3, Şəmkir rayonunda 6, Gədəbəy rayonunda 3, Ağstafa rayonunda 2, Qazax rayonunda 3, Tovuz rayonunda isə 5 binada keçiriləcəkdir.

Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 16681 nəfər IX sinif şagirdinin (Gəncə şəhərində 3114, Daşkəsən rayonunda 436, Göygöl rayonunda 1002, Samux rayonunda 849, Naftalan rayonunda 87, Goranboy rayonunda 1729, Şəmkir rayonunda 3164, Gədəbəy rayonunda 1336, Ağstafa rayonunda 1175, Qazax rayonunda 1323, Tovuz rayonunda 2466 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti