...

Kəmaləddin Heydərov: Zəlzələ bölgəsindəki bütün evlərin və sosial obyektlərin 85 faizinin təhlili aparılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 18 İyun 2012 12:36 (UTC +04:00)
Zəlzələ bölgəsindəki bütün evlərin və sosial obyektlərin 85 faizinin təhlili aparılıb
Kəmaləddin Heydərov: Zəlzələ bölgəsindəki bütün evlərin və sosial obyektlərin 85 faizinin təhlili aparılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbəliyeva/

Zəlzələ bölgəsindəki bütün evlərin və sosial obyektlərin 85 faizinin təhlili aparılıb, 15 faizinin də təhlili bir neçə günə başa çatacaq. Trend-in məlumatına göjrə bunu urnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, təqribən 21 min ev və sosial obyekt təhlil olunub. Bunlardan 2944 ev qəzalıdır və bu evlər yenidən tikiləcək.

"3500-dən artıq ev təmir və bərpa statusuna düşür, onların da işində də qəzalı statusu alacaq evlər də olacaq. 25 orta məktəb söküləcək. Onlardan bir çoxu artıq inşa olunur. Yeni təhsil ilinə həmin məktəblərin hamısı tikilib təhvil veriləcək. Bəzi evlər sentyabra qədər, bəziləri soyuqlar düşənə qədər tikilib təhvil veriləcək", - nazir deyib.

Heydərov qeyd edib ki, komissiyala dəyən ziyanı müəyyən edir.

"Bu komissiyaların tərkibinə yerli icra hakimiyyətlərinin, iqtisadi inkişaf, maliyyə və fövqəladə hallar nazirliklərinin nümayəndələri daxildir. Dəyən ziyanla bağlı qiymətləndirmədə, kompensassiyaların məbləğinin müəyyənləşdirilməsində qanunsuzluqlar ola bilməz", - nazir bildirib.

O qeyd edib ki, zəlzələ bölgəsində şay daşlartını üst-üstə yığıb evlər tikiblər.

"Təbii ki, bunlar 5 bal və yuxarı təkana dözməzlər. Biz də tövsiyyə edirik ki, hər adam şəxsi ev tikəndə qydalara əməl etməlidir. O biri evlər dayanıqlı tikilmişdi deyə uçmamışdı. O zonada 1936-cı ildə böyük zəlzələlər lub. Azərbaycanın hər bir yeri seysmik ərazidir. Bu evlər tikiləndə tikintiyə nəzarət agentliyi 8-9 bal gücünə dözə biləcək ikinti normalarının tətbiqini təlb edir", - Heydərov bildirib.

O qeyd edib ki, əhali bunu blməldir. Nazirin sözlərinə görə, dövlət obyektləri, şəhərlərdəki hündürmərtəbəli binalar ekspertizadan keçir. Kənddə inşa olunan binalar ekspertizadan keçmir.

"Bu evlər tikiləndə həmin tələblərə riayət olunmur. Gələcəkdə buna diqqət yetirtilməlidir. Sel zonasında uçan evlətrin hamısı çiy kərpicdən tikilmişdi.Əhali həm subasar ərazilərdə, həm də seysmik zonalarda tikknti aparakən bu tələb vənormalara riayət etməlidirlər", - Heydərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti