...

Gənclər Fondu info-seminarlar keçirir (FOTO)

Cəmiyyət Materials 25 İyun 2012 11:28 (UTC +04:00)
Azərbaycan Gənclər Fondu Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura ilə birlikdə gənclər və gənclər təşkilatları üçün info-seminarlar keçirir.
Gənclər Fondu info-seminarlar keçirir (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Gənclər Fondu Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şura ilə birlikdə gənclər və gənclər təşkilatları üçün info-seminarlar keçirir. Bu barədə Trend-ə Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadə məlumat verib.

Seminarların keçirilməsinin əsas məqsədi gənclər təşkilatlarının Gənclər Fondunda qeydiyyatdan keçməsi və layihə təklif formalarının hazırlanması qaydaları ilə bağlı məlumatların verilməsidir.

İlk info-seminar 22 iyun, saat 15:00-da Gənclər və İdman Nazirliyinin akt zalında keçirilib. Seminarda Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev və Fondun digər əməkdaşları, o cümlədən 60-a yaxın gənclər təşkilatı nümayəndələri iştirak ediblər. Seminarda gənclərə maraqlı olan suallar cavablandırılıb, layihələrin yazılması qaydaları barədə müzakirələr aparılıb.

İnfo-seminarlar 25 və 27 iyun 2012-ci il tarixlərində də davam edəcək.

Xəbər lenti

Xəbər lenti