...

TQDK təkrar buraxılış imtahanının nəticələrini yaxın günlərdə açıqlayacaq

Cəmiyyət Materials 4 İyul 2012 15:44 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən və əvvəlki illərdə imtahana buraxılmayan şagirdlər üçün bu gün keçirdiyi buraxılış imtahanının nəticələri yaxın beş gün ərzində elan edəcək.
TQDK təkrar buraxılış imtahanının nəticələrini yaxın günlərdə açıqlayacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən və əvvəlki illərdə imtahana buraxılmayan şagirdlər üçün bu gün keçirdiyi buraxılış imtahanının nəticələri yaxın beş gün ərzində elan edəcək.

Komissiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, imtahan respublikanın 13 şəhər və rayonunda, o cümlədən Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda keçirilib.

Bu imtahanda üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdləri, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər, əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər, əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər iştirak ediblər.

İmtahanda ümumilikdə 4529 (4382 XI sinif şagirdi, 147 nəfər isə IX sinif şagirdi) şagird iştirak edib.

Xəbər lenti

Xəbər lenti