Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
YAP Gənclər Birliyinin sədr müavini, Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Gənclər Birliyinin vitse-prezidenti seçilib.
YAP Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, Ramin Məmmədov Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında (ICAPP) Azərbaycanı təmsil edir.
Qeyd edək ki, ICAPP-ın növbəti iclası cari ilin noyabr ayında Bakıda keçiriləcək.