...

Naxçıvan MR-in iki rayonunda telekommunikasiya qovşaqları NGN şəbəkəsinə keçirilib

Cəmiyyət Materials 8 Oktyabr 2012 10:28 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqları növbəti nəsil - NGN şəbəkəsinə keçirilib.
Naxçıvan MR-in iki rayonunda telekommunikasiya qovşaqları NGN şəbəkəsinə keçirilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir H.Vəliyev/

Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının telekommunikasiya qovşaqları növbəti nəsil - NGN şəbəkəsinə keçirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, hazırda Naxçıvan MR-in telekommunikasiya infrastrukturunun 59 faizi NGN-ə keçirilib.
Habelə Naxçıvan şəhərinin, Babək qəsəbəsinin və Nehrəm kəndinin telekommunikasiya qovşaqları da NGN bazasında çalışır. Eləcə də hazırda ümumi telefon şəbəkəsi ATS-nin şəbəkəarası kabel infrastrukturlarının optik-lif rabitə xəttinə keçirilməsi üzərində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti