...

Qurban bayramı ilə əlaqədar Bakı məktəblərində dərslərin nə vaxtdan başlayacağına aydınlıq gətirilib

Cəmiyyət Materials 22 Oktyabr 2012 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qurban bayramı ilə əlaqədar paytaxt məktəblərində dərslərin nə vaxtdan başlayacağına aydınlıq gətirib.

İdarədən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 25 və 26-sı rəsmi olaraq Qurban bayramı elan edilib.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. Buna görə də Bakıda 5 günlük iş rejimi ilə fəaliyyət göstərən təhsil ocaqlarında dərslər oktyabrın 29-da, 6 günlük iş qrafiki ilə işləyən məktəblərdə ayın 27-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti