...

Rusiyada əmək miqrantlarının rus dilindən imtahan verməsini tələb edən qanun təsdiq edilib

Cəmiyyət Materials 31 Oktyabr 2012 14:28 (UTC +04:00)
Rusiya Federasiya Şurası bu gün ölkədə mənzil-kommunal təsərrüfatı, ticarət və xidmət sahələrində işləyən xarici miqrantların rus dili bilikləri üzrə imtahan verməsini tələb edən qanunu bəyənib.
Rusiyada əmək miqrantlarının rus dilindən imtahan verməsini tələb edən qanun təsdiq edilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Rusiya Federasiya Şurası bu gün ölkədə mənzil-kommunal təsərrüfatı, ticarət və xidmət sahələrində işləyən xarici miqrantların rus dili bilikləri üzrə imtahan verməsini tələb edən qanunu bəyənib. Qanuna əsasən, xarici miqrant rus dilini ən azı baza səviyyəsində bilməlidir. Bu barədə Trend çərşənbə günü "İnterfaks" agentliyinə istinadən məlumat verir.

Qanun əsasən, ölkəyə viza alınmadan gələn və mənzil-kommunal təsərrüfatı, pərakəndə ticarət və ya məişət xidməti sahəsində işləməyi planlaşdıran xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Rusiyada işləmək üçün icazə almaq və ya bu icazə müddətini uzatmaq üçün baza səviyyəsindən aşağı olmayaraq rus dilində danışmaq qabiliyyətini təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti