...

Azərbaycanda genetik xəstəlikləri öyrənən laboratoriya yaradıla bilər

Cəmiyyət Materials 3 Noyabr 2012 13:11 (UTC +04:00)
Azərbaycanda İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun dəstəyi ilə genetik-molekulyar laboratoriya yaradıla bilər.
Azərbaycanda genetik xəstəlikləri öyrənən laboratoriya yaradıla bilər

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun dəstəyi ilə genetik-molekulyar laboratoriya yaradıla bilər. Bunu şənbə günü Trend-ə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova deyib.

Onun sözlərinə görə, fondun dəstəyi ilə artıq Bolqarıstan və Çexiyada belə laboratoriyalar yaradılıb.

Hüseynova deyib ki, Azərbaycanda bu laboratoriyanın yaradılması çox vacibdir. Çünki bir çox səbəblər üzündən ölkəmizdə genetik xəstəliklər geniş yayılıb.

Bu laboratoriya yalnız xəstəliklərin diaqnozunun qoyulması üçün deyil, həm də Azərbaycanda irsi xəstəliyi olan uşaqların doğulmasının qarşısı ala bilər.

Hüseynova deyib ki, bu laboratoriya dövlət müəssisəsində yaradılmalı və burada xidmətlər pulsuz olmalıdır. Çünki bu, millətin genetik fondunun sağlam olması üçün lazımdır. Gələcəkdə xəstə uşaqların doğulmaması üçün hər bir vətəndaş bu laboratoriyada genetik müayinədən keçməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti