...

Yaltada Beynəlxalq Rusdilli Yayımçılar Konqresi öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2012 14:37 (UTC +04:00)
Bu gün Yaltada II Beynəlxalq Rusdilli Yayımçılar Konqresi öz işinə başlayıb. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.
Yaltada Beynəlxalq Rusdilli Yayımçılar Konqresi öz işinə başlayıb (FOTO)

Ukrayna, Yalta, 6 noyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Bu gün Yaltada II Beynəlxalq Rusdilli Yayımçılar Konqresi öz işinə başlayıb. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

Konqresdə bütün dünyada rus dilində yayım aparan media orqanlarının rəhbərləri, jurnalistləri, radiostansiya mütəxəssisləri, həmçinin media ictimaiyyətinin nümayəndələri, KİV sahəsində təhsil mərkəzlərinin rəhbərləri iştirak edirlər. Azərbaycanı konqresdə Trend Beynəlxalq İnformasiya Agentliyi və Day.az media şirkəti təmsil edir.

Beynəlxalq Rusdilli Yayımçılar Birliyinin rəhbəri Oleq Kupriyanov Yalta-İnturist mehmanxanasında forumun açılışında deyib ki, əsas məqsəd bir çox ölkələrin rusdilli yayımçıları arasında təcrübə mübadiləsi aparmaqdır. "Biz konqres iştirakçıları arasında daha çox qeyri-formal ünsiyət qurmağa imkan verəcək proqram tərtib etməyə çalışdıq", - Kupriyanov əlavə edib.

Açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun konqres iştirakçılarına təbrik məktubu oxunub.

Konrqes çərçivəsində Beynəlxalq Rusdilli Yayımçılar Birliyinin növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncaqda əməkdaşlığın aktual problemlərinin nəzərdən keçirilməsi və Birliyə yeni iştirakçıların qəbul edilməsi planlaşdırılır. Üç gün ərzində dəyirmi masa ətrafında dünyadakı rusdilli yayımçılar arasında qarşılıqlı fəaliyyət üzrə yeni ideyalar və təkliflər haqqında peşəkar müzakirələr baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti