...

Rusiya və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq genişləndiriləcək

Cəmiyyət Materials 16 Noyabr 2012 10:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə Şuranın nümayəndə heyəti 18-21 noyabrda Rusiya Federasiyası İctimai Palatasının dəvəti ilə Moskvada səfərdə olacaq.
Rusiya və Azərbaycan vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq genişləndiriləcək

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin rəhbərliyi ilə Şuranın nümayəndə heyəti 18-21 noyabrda Rusiya Federasiyası İctimai Palatasının dəvəti ilə Moskvada səfərdə olacaq.

Trend-in məlumatına görə, bu barədə cümə günü Şuradan bildirilib. Səfərin məqsədi Şura ilə İctimai Palata arasında əməkdaşlıq əlaqələrinin yaradılmasıdır. Nümayəndə heyətinin keçirəcəyi görüşlərdə Rusiya və Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişaf mərhələləri, milli, regional və yerli səviyyədə ictimai nəzarətin təşkilinə aid uğurlu praktik təcrübə, vətəndaş cəmiyyətlərinin ikitərəfli münasibətlərin inkişafına və regionda sülhün, təhlükəsizliyin möhkəmlənməsinə töhfəsi, həmçinin vətəndaş cəmiyyəti institutları arasında ikitərəfli əməkdaşlıq çərçivəsində 2013-cü il üçün Rusiya və Azərbaycanın müştərək layihələri və başqa mövzular müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti