...

Şəkidə yağışlar iki qədim abidəni üzə çıxarıb

Cəmiyyət Materials 5 Dekabr 2012 16:26 (UTC +04:00)
Şəkidə yağan yağışlar rayonun Küncüt kəndində Qafqaz Albaniyasına aid iki qədim abidəni üzə çıxarıb.
Şəkidə yağışlar iki qədim abidəni üzə çıxarıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Şəkidə yağan yağışlar rayonun Küncüt kəndində Qafqaz Albaniyasına aid iki qədim abidəni üzə çıxarıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov cümə axşamı Trend-ə bildirib ki, yağışlar nəticəsində abidələrin üstündəki torpaqlar yuyulub və torpağın 2 metr dərinliyində yerləşən abidələr üzə çıxıb.

Ərazidə yaşayan sakinlər həmin abidələrin əvvəlcə insan heykəlləri olduğunu güman ediblər. Onlar bu barədə ekspedisiyaya məlumat veriblər. Lakin məlum olub ki, həmin abidələr Qafqaz Albaniyasına və V-VII əsrə aid 2 başdaşıdır. Həmin abidənin üzərində türklərə məxsus abstrakt insan fiqurları olub.

Muxtarov deyib ki, abidələrin tapıldığı ərazi Qafqaz Albaniyası dövrünə aid olan abidələrlə zəngin olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti