...

Azərbaycanın səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi müzakirə edilib

Cəmiyyət Materials 13 Dekabr 2012 11:51 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda seminar-müşavirə keçirilib.
Azərbaycanın səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi müzakirə edilib

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir M.Əliyev/

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda seminar-müşavirə keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov bildirib ki, insanların daha sıx toplaşdığı səhiyyə və digər sosial obyektlərin - klinikaların, poliklinikaların, doğum evlərinin, dispanserlərin, xəstəxanaların, körpələr və uşaq evlərinin, sanatoriyaların, istirahət evlərinin və digər müəssisələrin yanğın təhlükəsizliyinin daim diqqət mərkəzində saxlanılması vacibdir.

O, səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi istiqamətində görülmüş işlərdən və bu sahədə baş verən yanğınlardan danışaraq yanğın təhlükəsizliyi qaydalarına daha da ciddi əməl olunmasının vacibliyini vurğulayıb.

Xidmət rəisinin müavini Aqşin Kazımov, Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi Hikmət Cəfərov, Hüquq sektorunun rəisi Ehtiram Əliyev ilkin yanğınsöndürmə vasitələrinin təsnifatı və onların tətbiq olunması haqqında məlumat verib.

Müşavirədə "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Tahir Kazımov qaz təsərrüfatında təhlükəsizlik tədbirləri haqqında müşavirə iştirakçılarını məlumatlandırıb və mütəxəssis tövsiyələrini verib.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, "Səhiyyə müəssisələrinin yanğın təhlükəsizliyi" adlı yaddaş kitabçası müşavirə iştirakçılarına paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti