...

Azərbaycanda müəllimlər üçün əməkhaqqı fərqli şəkildə müəyyən olunacaq

Cəmiyyət Materials 13 Dekabr 2012 12:24 (UTC +04:00)
2020-ci ilədək Azərbaycanda müəllimlər üçün nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sistemi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.
Azərbaycanda müəllimlər üçün əməkhaqqı fərqli şəkildə müəyyən olunacaq

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

2020-ci ilədək Azərbaycanda müəllimlər üçün nəticələrə əsaslanan diferensial əməkhaqqı və mükafatlandırma sistemi yaradılacaq. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.

Layihədə qeyd edilir ki, kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi stimullaşdırma tədbirləri gücləndiriləcək.

Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq standartlarla uzlaşdırılacaq. Müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sistemi inkişaf etdiriləcək. Müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlər yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti