...

Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2012 10:11 (UTC +04:00)
Dekabrın 19-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İlk olaraq ucqar dağ kəndi olan Tağlabiyanda rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla birgə olublar.
Millət vəkili Novruz Aslanov İsmayıllıda seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Dekabrın 19-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edib. İlk olaraq ucqar dağ kəndi olan Tağlabiyanda rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla birgə olublar.

Qonşu Kəlfərəc kəndindən olan şagirdlərin Tağlabiyan kənd məktəbinə gəlmələri üçün rayon İcra Hakimiyyətininbaşçısı tərəfindən uşaqlara bir ədəd avtomobil verilib. Tədbirdə həmin avtomobil məktəbdə təhsil alan uşaqlara təqdim olunub. Məlumat üçün bildirək ki, bu məqsədlə millət vəkili Novruz Aslanovun dəstəyi ilə bir neçə gün öncə Brovdal kənd məktəbinə də avtomobil verilmişdir.

Tədbirdən sonra millət vəkili rayon İcra Hakimiyyətinin başçısı ilə birgə İsmayıllı şəhər Peşə Liseyində sakinlərin qəbulunu keçiriblər. Qəbulda mövcud problemlər səslənib və onun həlli üçün müvafiq yerli strukturlara lazımi tapşırıq və tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti