...

Türkiyə Pakistan üçün hərbi gəmi tikəcək

Cəmiyyət Materials 6 Fevral 2013 11:27 (UTC +04:00)
Türkiyə bir müddət əvvəl Pakistanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəminin tikintisi üzrə elan etdiyi tenderi udub.
Türkiyə Pakistan üçün hərbi gəmi tikəcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyə bir müddət əvvəl Pakistanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi gəminin tikintisi üzrə elan etdiyi tenderi udub. Trend-in məlumatına görə, bu barədə "Hürriyyət" qəzeti yazıb.

Türkiyənin müdafiə təyinatlı texnikanın istehsalı üzrə "Savunma Teknolojileri Mühendislik" (STM) şirkəti dünən Pakistanın Müdafiə Nazirliyi ilə saziş imzalayıb. Saziş çərçivəsində hərbi gəmi Kəraçi zavodunda tikiləcək. Bununla yanaşı, gəminin bütün hissələri Türkiyədə istehsal olunacaq.

Məlumat verilir ki, saziş habelə gəminin heyətinin təlimi və onun sınaqlarını da əhatə edir. Sazişin dəyəri və gəminin tikintisinin başlanacağı tarix hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti