Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İsabalayeva/
"Biz qadınlara qarşı törədilən cinayətləri görə cəzalandıracağımızı və heç vaxt qadınların onlara qarşı törədilən cinayətlərə görə cəzalandırılmalarına icazə verməyəcəyimizi bəyan etməliyik". BMT-nin Azərbaycandakı nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu BMT-nin baş katibi Pan Gi Mun 8 mart- Beynəlxalq Qadınlar Günü ilə bağlı dünya ölkələrinə etdiyi müraciətdə deyib.
Müraciətdə qeyd edilib ki, qadınlara və qızlara qarşı dəhşətli zorakılıq, cinayətlərlə yadda qalan ötən ilə nəzər salınmalı və daha yaxşı gələcəyin qurulması üçün nələr etməli olduğumuzu özümüzə sual etməliyik.
"Keçən il gənc bir qadın quldur dəstə tərəfindən zorlanaraq öldürülüb. Digər bir qadın isə əslində cinayətkarların keçirməli olduqları utanc hissindən özünə qəsd edib. Yeniyetmələr təhsil almağa cəsarət etdiklərinə görə güllələndilər. Qlobal səviyyədə haqlı olaraq insanların qəzəbinə səbəb olan bu vəhşiliklər əslində, bütün cəmiyyətlərdə rast gəlinən böyük problemin bir hissəsidir",-baş katib əlavə edib.
O qeyd edib ki, bütün qadınlar zorakılıqdan azad bir həyat yaşamaq hüququna malik olmalarıdırlar.
Pan Gi Munun sözlərinə görə, BMT "Qadınlara qarşı zorakılığa son qoymaq üçün BİRLƏŞ" kampaniyasını genişləndirməkdədir.