...

Türkdilli ölkələrdə investisiya mühitinin yaxşılaşdırılması müzakirə olunacaq

Cəmiyyət Materials 4 Aprel 2013 13:41 (UTC +04:00)
TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri Komissiyasının 2-ci iclası aprelin 5-də Ankara şəhərində keçiriləcək.
Türkdilli ölkələrdə investisiya mühitinin yaxşılaşdırılması müzakirə olunacaq

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir M.Əliyev/

TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri Komissiyasının 2-ci iclası aprelin 5-də Ankara şəhərində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə TÜRKPA-nın katibliyindən cümə axşamı bildirilib.

Türkiyə Böyük Millət Məclisində (TBMM) keçiriləcək iclasda "TÜRKPA-ya üzv ölkələrdə investisiya mühitinin yaxşılaşdırılması" mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaq.

Türkiyə parlamenti sədrinin müavini Sadık Yakutun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur.

Eyni zamanda, iclasda Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Türk Dünyası Bələdiyyələr Birliyinin Baş Katibi Mustafa Başkurtun iştirakı və çıxışları nəzərdə tutulub.

Komissiyanın iclasında TÜRKPA-nın 2013-cü ilin iyun ayında Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədilə TÜRKPA-ya üzv ölkələrdə investisiya mühitinin yaxşılaşdırılması barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Həmçinin Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

İclasda, eyni zamanda Ankarada yerləşən Azərbaycan, Qazaxıstan və Qırğızıstan səfirliklərinin nümayəndələrinin də iştirakı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti