Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aprelin 15-də Lənkəran Dövlət Universitetində əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, LDU-nun rektoru Asəf İsgəndərovun köməkçisi Qorxmaz Ağayev həbs olunub.
Bununla bağlı Trend-in sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, aprelin 15-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev şübhəli şəxs qismində tutulub.
Sultanovun sözlərinə görə, fakt üzrə cinayət işi başlanıb, təfərrüatlarla bağlı tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək.