...

Hərbi Prokurorluq Bakıda meyiti tapılan zabitin ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 4 May 2013 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.izzət/

Respublika Hərbi Prokurorluğu Bakıda meyiti tapılan zabitin ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb.

Trend Hərbi Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər veriri ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti Mehman Musayevin ölüm faktı ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla meyitin daxili və xarici müayinəsi həyata keçirilib və müvafiq ekspertizalar təyin edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ölüm hadisəsı cümə günü səhər saatlarında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti