...

Bakıda havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 13 May 2013 12:44 (UTC +04:00)
Mayın 15-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturu 28 dərəcəyədək yüksələcək.
Bakıda havanın temperaturu 28 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 15-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində havanın temperaturu 28 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə deyib ki, mayın 14 və 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin mayın 14-də səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

Mayın 14-də havanın temperaturu gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq. Lakin mayın 15-də temperatur bəzi yerlərdə 28 dərəcəyədək yüksələcək.

Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Azərbaycanın bölgərində mayın 14-də şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq. Gündüz yağıntı tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 11-16, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Mayın 15-də hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti