...

Daha 111 məhkum azadlığa buraxıldı

Cəmiyyət Materials 22 May 2013 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün amnistiya qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 111 nəfər məhkuma şamil edilib.

Beləliklə, respublika prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul olunmuş qərarlar əsasında mayın 22-dək amnistiya qərarı Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 492 nəfər məhkuma tətbiq edilib.

Cəzaçəkmə müəssisələrində amnistiya qərarının icrası Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin, eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilib.

Amnistiya qərarının icrası davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti